Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2024-cü ilin qarşılanması münasibətilə deputat Tahir Mirkişilinin və Hicran Hüseynovanın müraciətinə əsasən ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq” tərəfindən 9 adda qida məhsulları 100 ehtiyaclı ailələrə və ahıllara göndərilib.
27 dekabr 2023-cü il tarixində AzQAC Sumqayıt şəhər
bölməsinin ofisində deputatlarımıza müraciət edən ehtiyaclı, qazi - şəhid
ailələrinə və AzQAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan
ahıllara bayram yardım paylanılıb. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət
Məhərrəmova, Millət Vəkili Tahir Mirkişilinin köməkçisi Cavid Quliyev və Xanım
Hicran Hüseynovanın köməkçisi Elçin Kərimov tədbir iştirakçılarını bayram
münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıblar. “Azərsun
Holdinq”-in rəhbərliyinə göstərilən bayram sovqatları üçün minnətdarlıqlarını
bildirərək, təşkilati dəstək üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Sumqayıt şəhər bölməsinin könüllülərinə təşəkkürlərini bildiriblər.